Mərkəzi Bankda yeni təyinat oldu

 Mərkəzi Bankda yeni təyinat oldu

Azərbaycan Mərkəzi Bankının (AMB) Data departamentinə yeni direktor təyin edilib.

Asayis.az Report-a istinadla xəbər verir ki, bu vəzifə Elmir Həsənliyə həvalə olunub.

O, indiyə qədər həmin departamentin Data əməliyyatları və Analitika şöbəsinin rəisi vəzifəsində, ondan əvvəl isə müxtəlif kommersiya banklarında çalışıb.

14:00 - 25 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin