"MakDonalds"da biabırçılıq, bunu yemək olar? - Video

“MakDonalds” restoranlar şəbəkəsinin birində müştəri şikayəti qeydə alınıb.

Asayis.az Bakupost.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşım edən vətəndaş sifariş etdiyi toyuq qanadlarının bişirilmə vəziyyətindən narazılıq edib.

"MakDonalds”da bu nə biabırçılıqdır? Bunu yemək olar?", - deyə o qeyd edib.

Yayılan görüntülərdə məhsulun tam bişmədiyi, ətin iç hissəsinin çiy qaldığı əks olunub.

23:26 - 27 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin