Bayram günü kabab bişirmək istədilər, xəstəxanalıq oldular

 Bayram günü kabab bişirmək istədilər, xəstəxanalıq oldular

Ağdaşda kabab bişirib bayram etmək istəyi ana və övladına baha başa gəlib.

Asayis.az Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə rayon mərkəzində - Nizami küçəsində yerləşən evlərdən birində baş verib.

Manqal qalayıb, kabab bişirmək istəyən ailə üzvləri küləkli havada benzini manqala tökərək, od vurublar. Nəticədə benzin partlayışa səbəb olub.

Hadisə zamanı 1956-cı il təvəllüdlü Ədalət Yunis qızı Əliyeva və 1978-ci il təvəllüdlü oğlu Ərəstun Arif oğlu Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

15:42 - 27 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin