Binanın fasadı qopub maşının üstünə düşdü - Video

 Binanın fasadı qopub maşının üstünə düşdü - Video

Paytaxtın Nəsimi rayonunda, “28 May” metrostansiyasının yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binasının fasad hissəsi qoparaq həyətə düşüb.

Asayis.az Trend-ə istinadla xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Binanın aqlay üzlüyünün yüksək mərtəbədən qopub tökülməsi nəticəsində bir neçə avtomobilə ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.

09:58 - 25 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin