Sabah bu üç rayonda qaz olmayacaq

 Sabah bu üç rayonda qaz olmayacaq

Sabah Azərbaycanın üç rayonunda qaz olmayacaq.

Asayis.az xəbər verir ki, bu barədə "Azəriqaz"dan məlumat verilib.

Qeyd olunub ki, sabah saat 09:30-dan etibarən Tovuz rayonunun Dönük Qırıqlı kəndində,10:00-dan etibarən Qəbələ rayonu Bum qəsəbəsi, Həmzəlli, Qəmərvan kəndlərində, saat 11:00-dan sonra isə Zaqatala rayonu Muxax kəndinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

19:38 - 20 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin