Son vaxtlar yaşayış yeri üzrə, o cümlədən polisin inzibati binalarına qeydiyyat və qeydiyyatdan çıxarma ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdə bəzi vətəndaşlar bundan narahat olduqlarını, gələcəkdə müəyyən problemlərlə üzləşəcəklərini bildirirlər. BUTA.TVxəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Xəzər TV-yə deyib ki, müvafiq məsələlərin həllində narahatlığa heç bir əsas yoxdur. Çünki bu hüquqi prosedurlar yalnız qanunun tələblərinə uyğun həyata keçirilir.
O əlavə edib ki, bölgələrdə qeydiyyatda olan və işləmək üçün Bakıya üz tutan şəxslərin aşkarlanaraq şəhərdən çıxarılacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edək ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir.
PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video
- Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
- Sabah Masazırda işıq olmayacaq
- Ermənistanın hərbi paradında İran izi - Fotolar
- Azərbaycanda ət ucuzlaşacaq
- Çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video
- Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə
- “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - Video
- PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video