Milyarder Ceff Bezosun sahibi olduğu “Blue Origin” şirkətinə məxsus “New Glenn” yükdaşıma raketi Florida ştatındakı start meydançasında keçirilən sınaqlar zamanı partlayıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə məlumat “NASA Spaceflight” portalının canlı yayımı zamanı ortaya çıxıb.
Yayımlanan videogörüntülərdə raketin alt hissəsində qəfildən parlaq alov qığılcımının yarandığı, ardınca isə güclü partlayışın baş verdiyi aydın şəkildə əks olunub. “Blue Origin” şirkəti rəsmi “X” sosial şəbəkə hesabında sınaqlar zamanı nasazlıq yaşandığını təsdiqləyib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilmir.
Xatırladaq ki, ötən ilin noyabrında “Blue Origin” şirkəti “New Glenn” raketinin Marsa planlaşdırılan tarixi uçuşunu son anda ləğv etmişdi. Sözügedən raket ABŞ Aeronavtika və Kosmik Fəza Agentliyinin (NASA) “Escapade” proqramı çərçivəsində Qırmızı planetə iki kosmik aparat daşımalı idi.
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...
- Maşın yoldan çıxaraq reklam lövhəsinə çırpıldı - Video
- 4 ton çətənə kolu məhv edildi
- Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qələbə qazanıb
- Bakıda əməliyyat: qardaşlar saxlanıldı - Video
- Yasa gedərkən qəzaya düşdülər - Xilasetmə görüntüləri - Yenilənib
- Mayın son günü hava necə olacaq?
- Rein Dekkers və Bernhard Kelkes Bakıya gəlir