Cəlilabadda avtobusun salonunu qaz balonu ilə qızdıran sürücü saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Baş DYP İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, bu gün onlayn mediada mikroavtobus sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsində məişətdə istifadə olunan qaz balonu daşıyaraq onu salonu isitmək məqsədilə işlək vəziyyətə gətirməsini əks etdirən videogörüntü yayımlanıb.
Baş DYP İdarəsi tərəfindən sözügedən videomaterial üzrə dərhal müvafiq tədbirlər həyata keçirilib və Cəlilabad şəhərində müntəzəm marşurut xətti üzrə sərnişin daşma fəaliyyəti göstərən “Mersedes” markalı, 10-OG-584 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Yaşar Bağırov saxlanılıb.
PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video
Nəqliyyat vasitəsi DYP-nin mühafizə olunan duracağına yerləşdirilib, sürücü Y.Bağırov barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün araşdırma başlanılıb.
Baş DYP İdarəsi belə halların yolverilməz olduğunu xatırlatmaqla yanaşı, bir daha sərnişin daşma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onlara sərnişinlərin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı, fəaliyyətlərini qanunla nəzərdə tutulmuş tələblər səviyyəsində həyata keçirməyi tövsiyə edir.
- Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
- Sabah Masazırda işıq olmayacaq
- Ermənistanın hərbi paradında İran izi - Fotolar
- Azərbaycanda ət ucuzlaşacaq
- Çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video
- Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə
- “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - Video
- PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video