Avstriyadakı Azərbaycan diasporunun fəalları Vyana şəhərində BMT bölməsinin yerləşdiyi mərkəzin qarşısında Azərbaycan ərazisində erməni ekoloji terroruna etiraz əlaməti olaraq aksiya keçiriblər.
BUTA.TV xəbər verir ki, Azərbaycan Akademik Birliyi və Avstriya-Azərbaycan İş Adamları və Mədəniyyət Dərnəyi (AZER-DER) tərəfindən birgə təşkil olunan aksiyada Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına etiraz bildirilib.
“Azərbaycanın təbii sərvətlərinin talanmasına etiraz edirik!”, “Erməni ekosidinə son!”, “Azərbaycan ərazilərində ekoloji terroru dayandırın!” tələbləri ilə çıxış edən aksiyaçılar Laçın-Xankəndi yolunda aksiya keçirən azərbaycanlı ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri və könüllülər ilə həmrəylik nümayiş etdiriblər. Onlar Azərbaycan ictimaiyyəti ilə yanaşı, xaricdə yaşayan soydaşlarımızın da Azərbaycan ərazisində yeraltı və yerüstü sərvətlərin Ermənistan və erməni separatçıları tərəfindən talanmasına göz yumulmayacağını bildiriblər. Qeyd edilib ki, Azərbaycanın Qarabağ ərazisində törədilən ekoloji terror təkcə Azərbaycanı deyil, bütün planeti narahat edən ümumbəşəri məsələ olmalıdır.
Vurğulanıb ki, 30 il davam edən işğal dövründə Azərbaycan ərazilərindəki təbii sərvətlər ermənilər tərəfindən talan olunub, yandırılıb, sular çirkləndirilib, 60 min hektara yaxın meşə sahəsi məhv edilib. Dünya ictimaiyyəti müharibənin nəticələrini aradan qaldırmaq istiqamətində ciddi səylər göstərən və genişmiqyaslı quruculuq işləri aparan Azərbaycanın haqq səsinə səs verməli, ekoloji terrora son qoyulması məqsədilə əməli addımlar atılması üçün çağırışlar edilməlidir.
- Ermənistanın hərbi paradında İran izi - Fotolar
- Azərbaycanda ət ucuzlaşacaq
- Çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video
- Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə
- “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - Video
- PSJ - “Arsenal” matçı əlavə vaxta getdi - Canlı+Yenilənir
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq