Şimali Koreya lideri Kim Çen İnin yanvarın 8-nə təsadüf etdiyi güman edilən ad günü rəsmi bayram kimi qeyd olunmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Cənubi Koreya mediası məlumat yayıb.
Bildirilib ki, Şimali Koreya mediasında bayramdan bəhs edilmir. Şimali Koreyanın 2023-cü il təqvimində 8 yanvarın bayram kimi qeyd olunmayıb.
"Bu, liderin ad gününün ölkədə hələ rəsmi olmaması ilə bağlıdır. KXDR-in rəsmi məlumatına görə, Kim Çen İn 8 yanvar 1982-ci ildə, digər versiyalara görə isə 8 yanvar 1984 və ya 1983-cü ildə anadan olub. Cənubi Koreyada Şimali Koreya liderinin 39 yaşında olduğuna inanırlar",- məlumatda deyilir.
- Ermənistanın hərbi paradında İran izi - Fotolar
- Azərbaycanda ət ucuzlaşacaq
- Çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video
- Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə
- “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - Video
- PSJ - “Arsenal” matçı əlavə vaxta getdi - Canlı+Yenilənir
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq