Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası gedir. Tezliklə Bakı ilə müxtəlif kommunikasiya xətləri və yollar açılacaq.
BUTA.TV Publika.az-a sitinadən xəbər verir ki, bu barədə Sünik (Zəngəzur) Vilayəti Şahmat Federasiyasının vitse-prezidenti Artur Xocabağyan deyib.
Onun sözlərinə görə, tezliklə Xankəndiyə də Azərbaycan məhsulları gətiriləcək:
“Misal üçün siqaretin bitdiyini deyirlər, gez-tez bazarda Azərbaycan, yaxud Türkiyə istehsalı olan siqaretlər, daha sonra şəkər və digər məhsullar gətiriləcək. Bütün bunlar hamı ilə razılaşdırılır, daha dəqiq desək, Nikol və Putin, eləcə də digər oyunçularla. Başqa sözlə desək, insanlar nəsə bir şeyin olmasını gözləyirlər və bunu hansı tərəf edirsə, qazanan da o tərəf olur. Azərbaycan və Türkiyə Ermənistanın problemlərinin həllinə də dəstək verəcək”.
A.Xocabağyan “Qarabağ olmadan Ermənistanın müstəqilliyi mümkün deyil” iddialarını da qəbul etmir.
“Müstəqillik haqqında mübahisə edənlər deyir ki, “Qarabağsız müstəqillik ola bilməz”. Bu, sadəcə mifdir”, - o bildirib.
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi