Azərbaycandayam, heç bir problem yoxdur. Şükürlər olsun, hər şey yaxşıdır. Bu postu paylaşmaqda məqsədim odur ki, doğmalarım, yaxınlarım, məni sevənlər, dəyər verənlər bilsinlər: hər şey yaxşıdır, qaydasındadır. Narahatçılığa səbəb yoxdur.
Kult.az xəbər verir ki, bunu meyxanaçı Ələkbər Yasamallı sosial şəbəkə hesabında yazıb.
Ələkbər Almaniyaya köçmə və səhhətində problem olma məsələsinə də aydınlıq gətirib:
“Sadəcə, şayiədir. İnsan gərək addım atanda düşünsün. Yaxınlarım narahat olur, nigaran qalırlar. Reytinqə görə belə şeylər etmək olmaz. Tələb edirəm ki, haqqımda yazılan yanlış informasiyaları silsinlər. Bakıdayam, Allah hər kəsə xoş günlər nəsib etsin”.
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
- Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı - Video
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...