94 yaşlı nənə və nəvəsi dəm qazından zəhərləndi, biri öldü

 94 yaşlı nənə və nəvəsi dəm qazından zəhərləndi, biri öldü

Zərdabda evdə nənə və nəvə dəm qazından zəhərlənib.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün rayonun Şahhüseynli kəndində qeydə alınıb.

Kənd sakini, 1932-ci il təvəllüdlü Güldəstə Ağalarova və nəvəsi, 1987-ci il təvəllüdlü Ramin Ağalarov yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. G. Ağalarova ölüb, R. Ağalarov isə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

13:04 - 25 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin