Ceyhun Dadaşova yüksək vəzifə verildi

 Ceyhun Dadaşova yüksək vəzifə verildi

Dövlət Pantomima Teatrının quruluşçu rejissoru Ceyhun Dadaşov yeni vəzifəyə təyin olunub.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, bundan sonra o, öz fəaliyyətini Dövlət Pantomima Teatrının yaradıcı işlər üzrə direktor müavini olaraq davam etdirəcək.

Qeyd edək ki, Ceyhun Dadaşov Pantomima teatrında 2000-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində çox sayda tamaşalara aktyor və rejissor olaraq öz imzasını atıb. Bundan başqa bir-birinin ardınca ölkə və ölkə xaricində ustad dərsləri verib.

16:52 - 22 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin