Sabiq deputat Türkiyədə vəfat etdi

 Sabiq deputat Türkiyədə vəfat etdi

Sabiq millət vəkili, Tarix üzrə fəlsəfə doktoru Cahangir Hüseyn Əfşar Türkiyədə vəfat edib.

Asayis.az Bakupost.az-a istinadla xəbər verir ki, o, ötən gün İstanbulda dünyasını dəyişib.

Bildirilib ki, 73 yaşlı Cahangir Hüseyn Əfşar səhhətindəki problemlə əlaqədar Türkiyəyə aparılıbmış.

Mərhumun nəşi bu gün səhər saatlarında Bakıya gətirilib.

Qeyd edək ki, C.H.Əfşar Milli Məclisin ikinci çağırış deputatı olub.

10:50 - 22 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin