Şəkiyə yasa gedənlər Oğuzda qəzaya düşüblər.
“BUTA.TV”nun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Şəki sakini Amil Elxan oğlu Əmiraslanovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin, 1981-ci il təvəllüdlü Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Sürücü A.Əmiraslanov avtomobildə sıxılı vəziyyətdə qalıb. Hazırda sürücünün avtomobildən çıxarılması üçün işlər aparılır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Oğuz rayonu, Bayan kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1994-cü il təvəllüdlü A.Əmiraslanov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mübariz Muradov
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...
- Maşın yoldan çıxaraq reklam lövhəsinə çırpıldı - Video
- 4 ton çətənə kolu məhv edildi
- Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qələbə qazanıb
- Bakıda əməliyyat: qardaşlar saxlanıldı - Video
- Yasa gedərkən qəzaya düşdülər - Xilasetmə görüntüləri - Yenilənib
- Mayın son günü hava necə olacaq?
- Rein Dekkers və Bernhard Kelkes Bakıya gəlir