İsmayıllıda güclü külək Heydər Əliyev və Həsənbəy Zərdabi küçələrində, eləcə də, həmin ərazilərə bitişik sahələrdə irigövdəli ağacları nəqliyyat və piyada yollarına, həmçinin istirahət zolaqlarına aşırıb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, nəticədə qeyd olunan ərazilərdə hərəkətə bir neçə saat müddətində məhdudiyyətlər yaranıb.
Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 60-cı kilometrliyində də irigövdəli ağaclar yolun hərəkət hissəsinə aşıb. Hadisə yerinə cəlb olunan polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb və nəqliyyat vasitələrinin hərəkəti nizamlanıb.
Gecə saatlarında qəfil başlayan güclü yağış və külək rayonun rabitə və enerji infrastrukturuna da ciddi ziyan vurub. Bir neçə saat ərzində rayon mərkəzində və bir sıra kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Təbiət hadisəsi nəticəsində bir sıra ticarət və iaşə obyektlərinə də ciddi təsir göstərib, Hazırda Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin İsmayıllı Elektrik Şəbəkəsinin, eləcədə İsmayıllı Kommunal Müəssisələri Kombinatının texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub. Rayonun müxtəlif ərazilərində yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...
- Maşın yoldan çıxaraq reklam lövhəsinə çırpıldı - Video
- 4 ton çətənə kolu məhv edildi
- Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qələbə qazanıb
- Bakıda əməliyyat: qardaşlar saxlanıldı - Video
- Yasa gedərkən qəzaya düşdülər - Xilasetmə görüntüləri - Yenilənib
- Mayın son günü hava necə olacaq?
- Rein Dekkers və Bernhard Kelkes Bakıya gəlir