Ağdərədə sümük qalıqları aşkarlandı - İtkin düşmüş ailə ola bilər - Fotolar

10:15 - 30 May 2026 - GÜNDƏM

 Ağdərədə sümük qalıqları aşkarlandı - İtkin düşmüş ailə ola bilər - Fotolar

Ağdərə rayonunun Baş Güney kəndində insana məxsus olduğu ehtimal edilən sümük qalıqları aşkar edilib.

BUTA.TV”nun əldə etdiyi  məlumata görə, qalıqlar kənd sakini Bəxtiyar Əsgərov tərəfindən ailəsinə məxsus həyət evində aparılan axtarışlar zamanı tapılıb.

İlkin ehtimallara əsasən, sümük fraqmentləri 1992-ci ildə itkin düşmüş Qəribovlar ailəsinin üzvlərinə aid ola bilər.

Qeyd edək ki, 1992-ci il martın 12-də Baş Güney kəndinin işğalı zamanı ailənin beş üzvü – Balay Qəribov, həyat yoldaşı Saray İsmayılova, qızları Zabilə və Ramilə Ələsgərovalar, eləcə də, nəvəsi Nərgiz Xudaverdiyeva itkin düşüb. Həmin şəxslərin taleyi ilə bağlı indiyədək dəqiq məlumat əldə olunmayıb.

Ailənin yeganə sağ qalan üzvü olan Bəxtiyar Əsgərov uzun illərdir yaxınlarının aqibətinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır.

Aşkarlanan sümük qalıqları aidiyyəti qurumlar tərəfindən götürülərək ekspertizaya təqdim olunub. Qalıqların kimə məxsus olduğu məhkəmə-tibbi və DNT ekspertizalarının nəticələrindən sonra dəqiqləşəcək.

Ziya Əmirxanlı




Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol