Türkiyə pilotsuz uçuş aparatlarını səs vasitəsilə müəyyən edən Akustik Dron Aşkarlama və İzləmə Sistemi hazırlayıb.
“BUTA.TV” xəbər verir ki, qurğunu Türkiyə müdafiə sənayesi sahəsində fəaliyyət göstərən SAĞLAMTEK şirkəti istehsal edib.
Şirkət rəsmilərinin sözlərinə görə, sistem dronların mühərrik və pər səslərini analiz edərək onların mövcudluğunu, istiqamətini və hündürlüyünü müəyyən edə bilir.
Passiv işləmə prinsipinə malik sistemin əsas üstünlüyü az enerji sərf etməsi və öz yerini bəlli etmədən fəaliyyət göstərməsidir.
Məlumata görə, sistem orta ölçülü dronları 570 metr, böyük sabit qanadlı pilotsuz aparatları isə 3 kilometr məsafədən aşkarlaya bilir.
Yeni texnologiyanın həm hərbi obyektlərdə, həm də mobil bölmələr tərəfindən istifadə üçün nəzərdə tutulduğu bildirilib. Çəkisinin 1 kiloqramdan az olduğu və “powerbank” vasitəsilə də işləyə bildiyi qeyd olunur.
Sistemin sahə sınaqlarından uğurla keçdiyi açıqlanıb.


- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...
- Maşın yoldan çıxaraq reklam lövhəsinə çırpıldı - Video
- 4 ton çətənə kolu məhv edildi
- Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qələbə qazanıb
- Bakıda əməliyyat: qardaşlar saxlanıldı - Video
- Yasa gedərkən qəzaya düşdülər - Xilasetmə görüntüləri - Yenilənib
- Mayın son günü hava necə olacaq?
- Rein Dekkers və Bernhard Kelkes Bakıya gəlir