Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə Qurban bayramı münasibətilə ət payı göndərilib.
“BUTA.TV” xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda həmin ətin köhnə olduğu üçün artıq istifadəyə yaramadığı iddia edilib. Vətəndaşlar bildirib ki, ət göyərmiş və qurdlamış şəkildə göndərildiyi üçün kəskin qoxu hiss olunub.
Görüntülərlə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, isti hava və məsuliyyəsizlik səbəbindən bəzi qurban paylarında problem yaransa da, artıq aradan qaldırılıb: “Qurban bayramı münasibətilə Cəlilabad RİH tərəfindən 1800 şəhid, qazi və aztəminatlı ailəyə qurban payı göndərilib. Lakin qəssab və ərazi üzrə nümayəndə tərəfindən məsuliyyətsizliyə yol verilib. İsti hava olduğundan sellofana yığılan və çatdırılma zamanı ləngiyən bayram payında problem yaranıb. Bir neçə nəfərə çatacaq ət keyfiyyətini itirib. Problem dərhal aradan qaldırılıb, həmin qurban payları yenisi ilə əvəz olunub”.
Gülnar Əliyeva
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...
- Maşın yoldan çıxaraq reklam lövhəsinə çırpıldı - Video
- 4 ton çətənə kolu məhv edildi
- Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qələbə qazanıb
- Bakıda əməliyyat: qardaşlar saxlanıldı - Video
- Yasa gedərkən qəzaya düşdülər - Xilasetmə görüntüləri - Yenilənib
- Mayın son günü hava necə olacaq?
- Rein Dekkers və Bernhard Kelkes Bakıya gəlir