Hazırda Bakı bazarlarında orta ölçülü bir qoyunun qiyməti 330–350 manat arasında dəyişir. Satıcılar bildirirlər ki, bayram günü qiymətlər daha da arta bilər. Binə və Şüvəlan ərazilərində qoyun və quzunun diri çəkisinin hər kiloqramı 11 manata, əti isə 22 manata təklif olunur. Regionlarda qiymətlər nisbətən münasibdir.
Bu barədə BUTA.TV-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
O bildirib ki, ötən il qurbanlıq qoyunların qiyməti 180–230 manat arasında dəyişirdisə, bu il qiymətlər 300 manatdan başlayır:
“Ötən il 250 manata satılan qoyunlar bu il 320–350 manata qədər yüksəlib. Fikrimizcə, qiymət artımının əsas səbəbi istehsal xərclərinin yüksəlməsidir. Belə ki, yem, baytarlıq preparatları, nəqliyyat və saxlama xərclərində son bir il ərzində təxminən 20 faizə yaxın bahalaşma qeydə alınıb.
Bundan əlavə, ölkədə xırdabuynuzlu mal-qaranın sayı son bir il yarım ərzində təxminən 1 milyon baş azalıb ki, bu da qiymətlərə ciddi təsir göstərən amillərdən biridir. Ümumilikdə, ötən illə müqayisədə bu il qurbanlıq qoyunların qiyməti təxminən 30–40 faiz artıb”.
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
- Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı - Video
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...