ABŞ ordusu İranla davam edən atəşkəs danışıqları fonunda Hörmüz boğazı ətrafında yerləşən bəzi İran hərbi hədəflərinə “özünümüdafiə” məqsədli zərbələr endirib.
“BUTA.TV” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, hücumlar bazar ertəsi günü həyata keçirilib. Məlumata görə, əməliyyat zamanı raket buraxılış məntəqələri və mina yerləşdirməyə çalışan İran qayıqları hədəf alınıb.
Qurumun sözçüsü Timoti Hokins CNN-ə açıqlamasında qeyd edib ki, ABŞ qüvvələri bölgədə yerləşən hərbçiləri İran qüvvələrinin yaratdığı təhlükələrdən qorumaq məqsədilə hərəkətə keçib.
“Hədəflər arasında raket buraxılış sistemləri və mina yerləşdirməyə çalışan İran qayıqları olub. ABŞ Mərkəzi Komandanlığı davam edən atəşkəs şəraitində təmkin nümayiş etdirməklə yanaşı, qüvvələrini müdafiə etməyə davam edir”, – deyə açıqlamada bildirilir.
Məlumata görə, tərəflər arasında atəşkəsin qüvvədə olmasına baxmayaraq, son aylarda bölgədə gərginlik tam səngiməyib. May ayının əvvəlində də ABŞ qüvvələrinin Hörmüz boğazından keçən Amerika hərbi gəmilərinə qarşı həyata keçirildiyi bildirilən raket, dron və sürətli qayıq hücumlarına cavab olaraq İranın bəzi hərbi obyektlərini vurduğu qeyd olunub.
ABŞ Prezidenti Donald Trampın daha əvvəl bölgədəki ABŞ qüvvələrinə İran tərəfindən mümkün təxribatlara cavab vermək səlahiyyəti verdiyi də vurğulanır.
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
- Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı - Video
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...