Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarının xarici dövlətlərin məhkəmələri tərəfindən həbsi, cinayət təqibi və digər təzyiqlərə məruz qalması hallarında onların müdafiəsi məqsədilə Rusiya ordusundan istifadə edilməsinə icazə verən qanunu imzalayıb.
"BUTA TV" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Sənədə əsasən, ölkə başçısı Rusiyanın iştirakı olmadan fəaliyyət göstərən xarici və beynəlxalq məhkəmələrin təqiblərindən rusiyalıları qorumaq üçün Rusiya Silahlı Qüvvələrinin bölmələrini göndərə biləcək. Toyuqlu pizza
Bundan əlavə, qanunda qeyd olunur ki, Rusiya prezidentinin qərarı ilə dövlət orqanları da digər ölkələrin məhkəmələri tərəfindən Rusiya vətəndaşlarının həbsi, cinayət təqibi və digər təzyiqlərə məruz qalması hallarında onların müdafiəsi üçün tədbirlər görəcəklər.
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
- Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı - Video
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...