Sabah Bakının 4 rayonunun bir sıra ərazilərində qaz kəsiləcək.
Bu barədə BUTA.TV-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Nərimanov, Nəsimi, Səbail və Yasamal rayonlarının (Y.V.Çəmənzəminli, Ə.Rəcəbli, S.Rüstəm, R.Rza, Tolstoy, Mərdanov qardaşları, B.Səfəroğlu, D.Əliyeva, İ.Səfərli, Ə.Topçubaşov, 8-ci Köndələn və O.Fərzəliyev küçələri və Bülbül prospektinin bir hissəsi) qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
- Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı - Video
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...