Dünən Gəncədə yağan güclü yağışdan sonra Dövlət Milli Dram Teatrında təhlükəli vəziyyət yaranıb.
“BUTA.TV” Gencexeber.az-a istinadla xəbər verir ki, teatrın texniki otağında yerləşən su nasoslarına baxış keçirmək üçün zirzəmiyə enən işçi geri qayıdarkən yağış sularının yığılması səbəbindən içəridə qalıb.
Su səviyyəsi isə qapının yarısından çoxunu tutub.
Teatrın digər əməkdaşları vəziyyətə müdaxilə edərək içəridə qalan işçini təhlükəsiz şəkildə çıxarmağa nail olublar.
***
Gəncə Dövlət Milli Dram Teatrından saytımıza bildirilib ki, ötən gün şəhərdə müşahidə olunan güclü yağış nəticəsində teatrın zirzəmi hissəsinin girişində yağış suları yığılıb:
“Baş vermiş hadisə dərhal nəzarətə götürülmüş, FHN əməkdaşları tərəfindən operativ müdaxilə olunaraq su çəkilib. Hazırda vəziyyət tam nəzarət altındadır və teatr fəaliyyətini davam etdirir”.


- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
- Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı - Video
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...