“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı və Abşeronda içməli su təchizatı və kanalizasiya şəbəkəsinin genişləndirilməsi həyata keçiriləcək.
“BUTA.TV” APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.
Onun sözlərinə görə, nəticədə su təchizatının fasiləsiz rejimə keçirilməsi və içməli suya olan tələbatın 95% ödənilməsi təmin olunacaq:
“Eyni zamanda, Bakı şəhərinin 64 yaşayış məntəqəsində mərkəzləşdirilmiş kanalizasiya sisteminin qurulması, həmçinin yağış sularının idarə olunması məqsədilə şəhərin 30 əsas küçə və prospektində yeni kollektorların inşası nəzərdə tutulur”.
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
- Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı - Video
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...