ABŞ “Green Card” qaydalarını dəyişir?

11:46 - 23 May 2026 - GÜNDƏM

 ABŞ “Green Card” qaydalarını dəyişir?

ABŞ-də öz immiqrasiya statusunu dəyişərək “Green Card” almaq istəyən əcnəbilər bunu artıq ölkə xaricində, ABŞ Dövlət Departamenti vasitəsilə həyata keçirməli olacaqlar.

BUTA.TV” xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin iş qeydlərinə istinadən “Reuters” agentliyi yayıb. 

“ABŞ-də müvəqqəti olan və “Green Card” almaq istəyən əcnəbi müraciət etmək üçün öz ölkəsinə qayıtmalıdır”, - deyə məlumatda vurğulanıb.

Bununla belə, yeni qaydaların tam tətbiq mexanizmi, eləcə də hansı kateqoriyaların istisna olacağı qeyd olunmayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol