5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı ittiham olunan Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov və Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov hakim qarşısına təkrar çıxarılıblar.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, prokuror təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılmasını istəyib.
Binəqədi Rayon Məhkəməsi ibtidai araşdırmanın davam etməsini və əlavə sübutların toplanmasını nəzərə alaraq təqdimatı təmin edib.
Qərara əsasən, Ruslan Eyyubov, Rəşad Daşdəmirov və Fərid Usubovun həbsdə saxlanılma müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 5 ay əvvəl həbs ediliblər. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.
Xəbəri rus dilində oxuyun: Новое решение по делу Эйюбова, Дашдамирова и сына генерала
F.Usubov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-mayor Cəbrayıl Usubovun oğludur.
Sail Ağasəlim
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi