İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobillərinin qiyməti xeyli ucuzlaşıb.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, “Range Rover” və “BMW 740İ” markalı avtomobillər üç dəfə satışa çıxarılsa da, onlara alıcı tapılmayıb.
İcra məmuru əmlakı 25 faiz endirimlə dördüncü dəfə hərraca çıxaracaq.
Əvvəl 56 min manata təklif edilən “Range Rover”in qiyməti 14 min ucuzlaşaraq 42 minə, 23 minə təklif edilən “BMW” isə 5750 manat aşağı - 17250 manata düşüb.
V.Hacıyevin cinayəti ilə bağlı müsadirə edilmiş avtomobillərdən yalnız biri - “Bentley Continental GT”ya alıcı tapılıb. 65 min manata təklif edilən “Bentley” üçüncü hərracda 6 min 500 endirimlə - 58 min 500 manata satılıb.
Xəbəri rus dilində oxuyun: Конфискованные авто экс-главы Имишли резко подешевели
Qeyd edək ki, “Range Rover”i (həmin vaxt qiyməti 100 min manatdan çox idi-red) Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev, “BMW”ni həyat yoldaşı Cülyetta İbrahimova sürürdü.
Sail Ağasəlim

- “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - Video
- “Arsenal”dan PSJ-yə erkən qol şoku - Canlı+Yenilənir
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video