Türkiyənin Çorlu şəhərində baş verən silahlı insident zamanı iki polis əməkdaşı həlak olub.
“BUTA.TV” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Tekirdağ vilayətinin Çorlu rayonunun Reşadiye məhəlləsində yerləşən iş mərkəzlərindən birində qeydə alınıb.
Silahlı dava barədə daxil olan məlumat əsasında əraziyə polis qüvvələri cəlb edilib.
Hadisə zamanı şübhəli şəxs mülki geyimdə olan polis əməkdaşlarına atəş açıb. Nəticədə polis əməkdaşları Erkan Tütüncüler və Emrah Koç ağır yaralanıblar. Yaralılar dərhal Çorlu Dövlət Xəstəxanasına çatdırılsalar da, həkimlərin bütün səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.
Polisin “təslim ol” çağırışına tabe olmayan silahlı şəxsə qarşı əməliyyat keçirilib və o, atışma zamanı zərərsizləşdirilib.
Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi həlak olan polis əməkdaşlarının Çorlu Rayon Polis İdarəsində xidmət etdiyini bildirib.

- “Arsenal”dan PSJ-yə erkən qol şoku - Canlı+Yenilənir
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...