Keçmiş deputat Milyaz Mirzəyev vəfat edib.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, o, bu gün doğulduğu Qax rayonunda, 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Milyaz Mirzəyev Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı olub. 1985-ci ildə onun başçılıq etdiyi komsomolçu-gənclər briqadasından bəhs edən "Arxalı dağlar" filmi çəkilib. Filmin rejissoru Adil Ələkbərovdur.
Sənədli film 1988-ci ildə Moskvada Ümumittifaq kənd təsərrüfatı filmləri kinofestivalında ÜİXTNS-in gümüş medalına layiq görülüb.
- “Arsenal”dan PSJ-yə erkən qol şoku - Canlı+Yenilənir
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...