Xəbər verdiyimiz kimi, Bakının “28 May” və “Cəfər Cabbarlı” metrostansiyaları arasında yeni pilləkənin tikintisinə başlanılıb.
Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov BUTA.TV-a açıqlamasında bildirib ki, xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir pilləkənin inşası işləri sürətlə davam edir.
“Hazırda qazıntı işləri başa çatdıqdan sonrakı dövrün tədbirləri icra olunur. Tunel divarı boyunca metal konstruksiya qurulmaqla betonlanma işləri aparılır.
Eyni zamanda piyada pilləkənlərinin qurulmasına da başlanılıb. Son mərhələdə isə divar və döşəmə üzlüklərinin vurulması ilə həm sahənin dayanıqlığı, həm də estetik görkəmi ən yüksək səviyyədə təmin olunacaq. Bu işlərin iyul ayının sonuna qədər başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulub.
Ümumiyyətlə, xətlər ayrıldıqdan sonra bu pilləkən xüsusi əhəmiyyət kəsb edəcək. Çünki sərnişin axınının qarışmaması, sərnişinin istiqamət üzrə rahatlıqla yönləndirilməsi və bu keçidlərdən “Cəfər Cabbarlı” stansiyasının hər bir yolu üzrə istifadəsinə müvafiq şərait yaradılacaq”, - o qeyd edib.
- Ermənistanın hərbi paradında İran izi - Fotolar
- Azərbaycanda ət ucuzlaşacaq
- Çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video
- Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə
- “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - Video
- PSJ - “Arsenal” matçı əlavə vaxta getdi - Canlı+Yenilənir
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq