Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkənin Baş naziri Nikol Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşüb.
“BUTA.TV” Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Paşinyanın İrəvanda seçkiqabağı kampaniyası zamanı baş verib.
Səs yazısında Mirzoyanın Paşinyanın qulağına “Türklər bu gün açırlar. Bir “xoş gəldin” mətni, XİN-in mətbuat katibindən şərh hazırlayaq” dediyi eşidilir.
Xarici işlər naziri danışarkən Baş nazir əvvəlcə sinəsindəki mikrofonu əli ilə örtməyə çalışır, sonra isə nazirə səsin açıq olduğunu bildirir.
Daha sonra bu barədə danışan Paşinyan söhbətin Türkiyədən Ermənistana mal ixracı qaydalarının dəyişdirilməsindən getdiyini açıqlayıb. Onun sözlərinə görə, əvvəllər Ermənistan Türkiyə tərəfinin qaydalarında ixrac ölkələri siyahısına daxil deyildi, buna görə də mallar əvvəlcə üçüncü ölkəyə tədarük olunan kimi rəsmiləşdirilir, sonra isə Ermənistana təkrar ixrac edilirdi.
Baş nazir yeni qaydalara əsasən Türkiyə tərəfinin sənədlərdə birbaşa Ermənistanı çatdırılma ölkəsi kimi göstərməyə icazə verdiyini qeyd edib.
Paşinyanın açıqlamasına baxmayaraq, səs yazısı sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər arasında müzakirələrə səbəb olub.
- Ermənistanın hərbi paradında İran izi - Fotolar
- Azərbaycanda ət ucuzlaşacaq
- Çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video
- Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə
- “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - Video
- PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq