Bu gün İsmayıllı məhkəməsi 2025-ci ilin əvvəlindən bəri uzadılan cinayət işi üzrə qərarı mədəni irsi vandalcasına dağıdanların xeyrinə yekunlaşdırdı. Beləliklə, ölkədə tarix-mədəniyyət abidələrini düşərgə quraraq, səngər qazaraq, fəhlə işlədərək və ağır texnika ilə dağıtmağın faktiki olaraq mümkünlüyünə presedent yaradıldı və bu əməllər dolayısı ilə legitimləşdirildi.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri tarix üzrə fəlsəfə doktoru, arxeoloq, mədəni irs mütəxəssisi Fariz Xəlilli qeyd edib.
“Niyal qalasının bir hissəsini 2023 və 2024-cü illərin qış mövsümündə, üç ay ərzində vəhşicəsinə dağıdan şəxslər məhkəmə zalından sərbəst buraxıldılar və işə xitam verildi. Həmin şəxslər ölkənin müxtəlif mədəni irs abidələrində detektorlarla qanunsuz axtarışlar aparır, sadəlövh insanlardan külli miqdarda vəsait toplayaraq qızıl axtarışı ilə məşğul olurlar.
Onlar əvvəllər Şəkidə yerləşən Babaratma türbəsində qanunsuz qazıntı apardıqları zaman həbs olunmuş, daha sonra əfv edilmişdilər. Bu dəfə isə məhkəmə zalındaca cəzasız qaldılar”, - F.Xəlilli bildirib.
PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video
- Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
- Sabah Masazırda işıq olmayacaq
- Ermənistanın hərbi paradında İran izi - Fotolar
- Azərbaycanda ət ucuzlaşacaq
- Çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video
- Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə
- “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - Video
- PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video