İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri Qarabağın və Şərqi Zəngəzurun simasını köklü şəkildə dəyişir.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində deyib.
O bildirib ki, bu gün Qarabağın dirçəlişi təkcə bir regionun bərpası deyil, həm də Azərbaycanın intellektual və iqtisadi gücünün, müasir şəhərsalma proseslərinə verdiyi töhfənin əyani sübutudur.
"Bu gün Ulu Öndərin müəllifi olduğu müasir şəhərsalma strategiyası Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni, daha möhtəşəm bir mərhələyə çatdırılıb. Şuşada, Ağdamda, Füzulidə ucalan hər bir yeni bina həm tarixi irsimizə sadiqliyi, həm də gələcəyə baxışımızı simvolizə edir.
PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video
Heydər Əliyev Fondunun təşəbbüsləri sayəsində İçərişəhər və Qız qalası kimi nadir incilərimiz UNESKO-nun Dünya İrsi Siyahısında layiqli yerini möhkəmləndirib. Paytaxtımızın müasir simasına çevrilən möhtəşəm mədəniyyət mərkəzləri və ictimai parklar məhz bu nəcib yanaşmanın və milli mədəniyyətimizə olan yüksək qayğının nəticəsidir", - o vurğulayıb.
- Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
- Sabah Masazırda işıq olmayacaq
- Ermənistanın hərbi paradında İran izi - Fotolar
- Azərbaycanda ət ucuzlaşacaq
- Çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video
- Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə
- “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - Video
- PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video