Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan, Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli Şəhər Xəstəxanasının binası qəzalı vəziyyətə görə mərhələli şəkildə boşaldılır.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, daxil olan şikayətlər əsasında TƏBİB-ə ünvanlanan sorğudan sonra məsələyə baxılıb və müvafiq tədbirlərin görülməsinə başlanılıb.
Məlumata görə, ərazidə yeni xəstəxananın tikintisi planlaşdırıldığından sabahdan etibarən köçürülmə prosesi icra ediləcək.
Qeyd olunur ki, xəstəxananın poliklinika və laboratoriya şöbələri əvvəlki kimi ərazidəki yardımçı tikilidə fəaliyyətini davam etdirəcək.
PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video
Digər şöbələr isə aşağıdakı qaydada müxtəlif tibb müəssisələrinə köçürülür:
Şüa diaqnostikası, ginekologiya və doğum şöbəsi 1 nömrəli Şəhər Xəstəxanasına köçürülür.
Terapiya şöbəsi 4 nömrəli Şəhər Xəstəxanasında fəaliyyət göstərəcək.
Anesteziologiya, reanimasiya və intensiv terapiya, eləcə də cərrahiyyə şöbəsi TTTY xəstəxanasında fəaliyyətini davam etdirəcək.
- Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
- Sabah Masazırda işıq olmayacaq
- Ermənistanın hərbi paradında İran izi - Fotolar
- Azərbaycanda ət ucuzlaşacaq
- Çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video
- Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə
- “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - Video
- PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video