Ukraynanın hava hücumundan müdafiə sistemləri Rusiya X-22 raketlərini vurmaq iqtidarında deyil.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko bildirib.
O bildirib ki, X-22 raketi aşağıdakı xüsusiyyətlərə malikdir: sürət - 3-4.5 Mach; uçuş hündürlüyü - 25 km-ə qədər.
Ekspert qeyd edib ki, Mach 1 - 1224 km/saata bərabərdir. X-22-nin maksimal sürəti isə 5500 km/saatdır:
PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video
"Ancaq çox maraqlı bir nüans var. 1970-ci illərdə X-22B-nin modifikasiyası hazırlandı, onun maksimal sürəti Mach 6 idi, o artıq hipersəs idi. Nəzərinizə çatdırım ki, hipersəs həddi Mach 5-dir".
O vurğulayıb ki, Ukraynanın hava hücumundan müdafiə vasitələri həqiqətən də X-22-ni vura bilməz.
Qeyd edək ki, Dneprdə ən azı 45 nəfərin ölümünə səbəb olan yaşayış binası X-22 ilə vurulmuşdu. Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç X-22 raketinin havada vurulduğunu, qalıqların binaya düşdüyünü və bu cür dağıntıya səbəb olduğunu bildirdi və bu da böyük qalmaqal yaratdı. Rusiya Arestoviçin bu sözlərindən təbliğatda istifadə etdi, Ukrayna Baş Qərargahı isə X-22-ni vurmaq imkanına malik olmadığını açıqladı.
Qalmaqal Arestoviçin istefa verməsinə səbəb oldu.
- Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
- Sabah Masazırda işıq olmayacaq
- Ermənistanın hərbi paradında İran izi - Fotolar
- Azərbaycanda ət ucuzlaşacaq
- Çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video
- Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə
- “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - Video
- PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video