Azərbaycan tankları İrəvana nə vaxt gəlir? İndi biz bu haqda düşünməliyik, çünki Ermənistanda hakimiyyətdə əyləşənlərin bütün addımları buna doğru gedir.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu isterik açıqlama ilə “Stenford Universitetinin politologiya üzrə doktoru Artur Xaçikyan deyib.
Onun iddiasına görə, Paşinyanın hədəfi Qarabağı Azərbaycan ərazisi kimi tanımaq, Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaq və Türkiyəyə sığınmaqdır.
A.Xaçikyan Paşinyanın son mətbuat konfransında səsləndirdiyi fikirləri də şərh edib.
PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video
O bildirib ki, Paşinyan Qarabağda ermənlərin təhlükəsizliyinin qarantının Rusiya olduğunu desə də, hazırda Moskva özü çətin vəziyyətdədir:
“Rusiya Ukraynada 5 ölkə ilə döyüşür, digər tərəfdən, azərbaycanlı ekoloqları Laçın yolundan zorla çıxara bilməz. Çünki bunu etsələr, Rusiya sülhməramlıları artıq tərəfə çevriləcək və Bakı dərhal onların çıxarılması məsələsini gündəmə gətirəcək. Bütün bunlarla yanaşı, Ermənistan Qarabağdan imtina edirsə, Rusiya niyə bizim üçün döyüşməlidir?! Lavrov bir neçə dəfə açıq şəkildə bildirdi ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul etsəniz, biz sizin üçün döyüşməyəcəyik, sizin yerinizə Azərbaycanla müharibə etməyəcəyik. Rusiya xüsusilə indi bunu edə bilməz, çünki çətin vəziyyətdədir. Ermənistan çalışır ki, Rusiya Qafqazı tərk etsin, Paşinyanın açıqlamaları da bunu sübut edir. O zaman biz Azərbaycan tanklarının İrəvana gəlişini gözləməliyik”.
- Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
- Sabah Masazırda işıq olmayacaq
- Ermənistanın hərbi paradında İran izi - Fotolar
- Azərbaycanda ət ucuzlaşacaq
- Çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video
- Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə
- “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - Video
- PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video