Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın guya Rusiyadan qaz alıb Avropaya satacağı ilə bağlı xəbərləri təkzib edib.
BUTA.TV xəbər verir ki, Prezident İlham Əliyev dünən yerli televiziya kanallarına verdiyi müsahibəsində Azərbaycanın Rusiyadan 1 milyard kubmetr qaz almaq barədə kontrakt bağladığını, amma bunun heç yarısını da almadığnı deyib.
“Təkcə keçən il Azərbaycanda istehsalın və ixracın həcminə nəzər salsaq görərik ki, biz 22 milyard kubmetr qaz ixrac etmişik və mənim fikrimcə, cəmi 200 və 300 milyon kubmetr, yəni bir faiz idxal etmişik. Bu il 24 milyard kubmetr qaz ixrac edəcəyik və həmin 1 milyarddan qalan hissəni idxal edəcəyik. Yəni, bizim guya Rusiyadan qaz alıb onu sonradan satacağımız barədə ya diletantlar, ya da provokatorlar danışa bilərlər. Ona görə də düşünürəm ki, bu halda biz belələrinin hər ikisi ilə üzləşirik. Bununla belə, Azərbaycana daim qara yaxmaq, bizim rolumuzu, əhəmiyyətimizi azaltmaq cəhdləri yeni məsələ deyil. Yadımdadır, bir vaxtlar deyirdilər ki, Azərbaycanın nefti yoxdur, Bakı-Tiflis-Ceyhan kəməri çəkilməyəcək, sonra deyirdilər ki, Azərbaycanın qazı yoxdur, indi də deyirlər, qoy desinlər. Biz öz işimizi görmüşük və bu işi uğurla görürük”, - Prezident bildirib.
- Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
- Sabah Masazırda işıq olmayacaq
- Ermənistanın hərbi paradında İran izi - Fotolar
- Azərbaycanda ət ucuzlaşacaq
- Çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video
- Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə
- “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - Video
- PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video