Erməni faktoru heç vaxt Rusiya siyasətinin əlinə oynamayıb.
BUTA.TV xəbər verir ki, bunu erməni ekspert Armen Vardanyan deyib.
“Erməni faktoru Rusiya üçün maneə, yad, “boğazda sümük” olub. Çünki bu faktor imperiya tendensiyasına mane olurdu. Onlar görürdülər ki, ermənilər bu regionda yaşayan digər xalqlardan fərqli olaraq, gələcəyə istiqamətlənmiş, daha proqressivdirlər. Bizim hətta mentalitetimiz ayrıdır. Bizim unikal əlifbamız var, erməni dili heç bir qonşuya, qohuma malik deyil. Biz bu Hind-Avropa dil ailəsinin linqvistik budağında yeganə dilik. Bütün bu faktorları nəzərə alsaq, ermənilər həmişə təzyiqlərə, təhqirə, alçaldımağa və əlbəttə ki, məhv edilməyə məruz qalıb. Hətta 1915-ci ildə Osmanlı imperiyasında baş verənlərdə də Rusiyanın iştirakı olmuşdu. Biz ermənilər hərdən rusları “ağ türklər” adlandırırıq. Niyə belə deyirik? Çünki bunu bizə tarix öyrədib. İnsanlara nəsə başa salmağa çalışanda onlar deyirlər ki, ruslar olmasa, türklər bizi öldürər. Bu insanlara başa sala bilmirsən ki, bu, belə deyil. Qardaşlıq haqqındakı rus nağılları, Rusiyanın mədəniyyətində çoxlu ermənilərin olması, İvan Ayvazovski, Suvorovun anasının erməni olması barədə təbliğatları erməni qəlbini ələ almaq üçündür”, - Vardanyan bildirib.
- Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
- Sabah Masazırda işıq olmayacaq
- Ermənistanın hərbi paradında İran izi - Fotolar
- Azərbaycanda ət ucuzlaşacaq
- Çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video
- Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə
- “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - Video
- PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib+Video