Goranboy rayonunda hamamda partlayış olub, ahıl qadın ölüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə yanvarın 10-u saat 18 radələrində rayonun Şəfibəyli kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1942-ci il təvəllüdlü Validə Yadulla qızı Mirzəyeva yaşadığı fərdi yaşayış evində hamamda olan su çəninin partlaması nəticəsində başından aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
- Ermənistanın hərbi paradında İran izi - Fotolar
- Azərbaycanda ət ucuzlaşacaq
- Çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video
- Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə
- “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - Video
- PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq