Azərbaycanda hazırda bütün istiqamətlər üzrə sərnişindaşıma həyata keçirilir.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qarlı hava şəraiti ilə əlaqədar şəhərlərarsı və rayonlararası marşrutlar istiqamətində monitorinq aparılıb:
"Hazırda bütün istiqamətlər üzrə sərnişindaşıma həyata keçirilir. Regional mərkəzlərə avtonəqliyyat vasitələrinin, eləcə də sərnişinlərin təhlükəsiz hərəkətlərinin təmin olunması barədə tapşırıq verib. Marşrut xətlərində istismar olunan avtobusların qış mövsümünə hazır vəziyyətə gətirilməsi, bunun üçün lazımi tədbirlərin görülməsi ilə bağlı daşıyıcılara əvvəlcədən xəbərdarlıq edilib. Rayonlararası və şəhərlərarası müntəzəm marşrut xətləri üzrə avtobusların normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə daşıyıcılar təlimatlandırılıb”.
Qeyd edək ki, dünən Bakıdan Qəbələ, İsmayıllı, Oğuz, Quba, Qusar, Xaçmaz, Gədəbəy istiqamətinə olan avtobus reysləri hava şəraiti ilə bağlı təxirə salınmışdı.
- Ermənistanın hərbi paradında İran izi - Fotolar
- Azərbaycanda ət ucuzlaşacaq
- Çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video
- Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə
- “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - Video
- PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - Yenilənib
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq