Silah tacirlərinin əksəriyyəti Ukraynada baş verənlərdən ancaq qazanc əldə etmək üçün istifadə edir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Hamısı silah tacirlərinə kömək edir. Dünyadakı silah tacirlərinin necə qazanc əldə edəcəyi, haradan faydalanacağı və nə edəcəyi ilə maraqlanırlar. Biz isə dünyada sülhü necə təmin edə biləcəyimiz haqda düşünürük. Eyni gündə cənab Putin və cənab Zelenski ilə danışırıq, onların necə barışa biləcəyini anlamağa çalışırıq. Biz səmimiyyət nümayiş etdirərək yolumuza davam edirik. Çünki bilirik ki, dünya ancaq sülh şəraitində ayağa qalxa bilər”, - Ərdoğan qeyd edib.
- Çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video
- Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə
- “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - Video
- PSJ-dən bərabərlik qolu - Canlı+Yenilənir
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi