Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 121 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 826 683 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 291 nəfər müalicə olunaraq sağalıb, hazırda 379 aktiv xəstə var. Bu günə qədər 10 013 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 794, bu günə qədər isə ümumilikdə 7 439 300 test icra olunub.
- Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi