Moskva və Bütün Rusun Patriarxı Kirill Rusiya-Ukrayna münaqişəsinin tərəfdarlarına müraciət edərək, 6 yanvar saat 12:00-dan 7 yanvar saat 24:00-a qədər Milad bayramı atəşkəsi ekan etməyə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Patriarx Kirillin Moskva Patriarxlığının rəsmi saytında dərc olunmuş müraciətində bildirilib.
“Mən Moskvanın və Bütün Rusun Patriarxı Kirill pravoslavların iştirak edə bilməsi üçün 6 yanvar saat 12.00-dan 7 yanvar 24.00-dək Milad atəşkəsi elan etməyə çağırış edirəm. Daxili münaqişədə iştirak edən bütün tərəflərə səslənirəm: Milad ərəfəsində və Məsihin doğuşu günündə atəşkəs edin”, - o bildirib.
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
- Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı - Video
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...