Valyuta tənzimi qaydalarının pozulmasına görə, “Gəmiqaya şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 8 protokol tərtib edilib.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi üzrə təqsirli bilinir.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Protokollar baxılması üçün adiyyatı üzrə Naxçıvan şəhər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Gəmiqaya şirkəti MMC Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsusdur. Onun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya” Holdinqin prezidenti olub.
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
- Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı - Video
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...