Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Nazirlər Kabinetinin tərkibində dəyişiklik edib.
BUTA.TV “Tenqrinyus”a istinadla xəbər verir ki, Tokayev ekologiya naziri Serikkali Brekeşevi vəzifəsindən azad edib, 32 yaşlı Zülfiyyə Süleymenovanı onun yerinə təyin edib.
Prezidentin digər sərəncamı ilə Asxat Oralov mədəniyyət və idman naziri təyin edilib.
Kairbek Uskenbayev də sənaye və infrastrukturun inkişafı naziri vəzifəsindən azad edilib. Onun yerinə Marat Karabayev təyin edilib.
Ədliyyə naziri vəzifəsində isə Azamat Əsgərayev Kanat Musini əvəzləyib.
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
- Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı - Video
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...