AB müttəfiqləri Rusiyaya məxsus dondurulmuş aktivlərin istifadəsiylə bağlı Ukraynanın tələbini dəstəkləyərsə, Almaniya hökuməti də buna razı olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat yayıb.
Almaniyanın xarici işlər naziri Annalena Berbok hesab edir ki, Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini də olsa, müsadirə etməyi düşünməlidir. Almaniyanın maliyyə naziri Kristian Lindner isə bu fikrə daha ehtiyatla yanaşır.
Nəşrin mənbələri bildirir ki, Rusiya Mərkəzi Bankının aktivlərinin müsadirə edilməsi təhlükəli presedent yarada bilər. Bu isə Avropanı hüquqi problemlə üzləşdirəcək.
"Kansler Olaf Şolts hökuməti Ukraynanın müharibə təzminatı tələbini dəstəkləyir. Lakin Rusiya dövlətinin aktivlərinin müsadirə edilməsi ilə bağlı hələ də rəsmi mövqe nümayiş etdirməyib”, - nəşr qeyd edib.
Bundan əlavə bildirilir ki, hazırda AB Rusiya aktivlərindən istifadə etmək üçün qanuni yollar tapmağa çalışır. Ancaq bu proses illərlə uzana bilər.
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
- Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı - Video
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...