BRİKS-i gücləndirməliyik.
BUTA.TV xəbər verir ki, bunu Braziliya Prezidenti Luiz İnasio Lula da Silva deyib.
“Bizim əsas rolumuz Mercosur (Cənub Ortaq Bazarı - red.) çərçivəsində Cənubi Amerika inteqrasiyasının bərpası ilə Unasurun (Beynəlxalq Cənubi Amerika Birliyi - red.) dirçəldilməsidir. Bu əsasda biz ABŞ, AB, Çin, Şərq ölkələri və digər dünya oyunçuları ilə fəal dialoq qura, BRİKS-i gücləndirə, Afrika ölkələri ilə əməkdaşlığı inkişaf etdirə biləcəyik”, - Silva vurğulayıb.
Qeyd edək ki, BRİKS beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Braziliya, Rusiya, Hindistan, Çin və CAR qrupun üzvləridir.
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
- Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı - Video
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...