Gürcüstan bu il 21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcək.
BUTA.TV xəbər verir ki, Gürcüstan hökuməti ölkədə idman infrastrukturunun yaxşılaşdırılması üçün konkret addımlar atacaq. Hökumət bu məqsədlə 32 milyon dollardan çox vəsait ayırıb.
Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib ki, turnirin yüksək səviyyədə keçirilməsi üçün Tiflis, Saquramo, Kutaisi, Tsxaltubo, Kobuleti və Batumidə stadionlar, məşq meydançaları da daxil olmaqla, 12 idman obyektində bu il təmir-tikinti işləri aparılacaq.
Qeyd edək ki, Avropa çempionatı bu il iyunun 21-dən iyulun 8-dək Gürcüstan və Rumıniyada təşkil olunacaq. 16 komandanın iştirak edəcəyi turnirdə ümumilikdə 8 stadiondan istifadə olunacaq.
Çempionatın açılış oyunu Rumıniyada keçiriləcək.
Turnir çərçivəsində Gürcüstanda 16 qarşılaşma olacaq. Qrup və 1/4 final oyunları Tiflisii, Kutaisi və Batumidə keçiriləcək. Final matçına Batumi Adjarabet Arena ev sahibliyi edəcək.
- Azərbaycanda iş adamı qəfil öldü - Foto
- Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- DİM-dən qabiliyyət imtahanları ilə bağlı açıqlama
- Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
- Adil Əliyevdən haqqında deyilənlərə reaksiya...
- Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
- Sel körpünü dağıtdı, rayona gedən əsas yol bağlandı - Video
- Putin panikaya düşdü, Paşinyana görə nələr edir...